NASA: ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

ABŞ 2030-cu illərin əvvəllərində Marsa astronavt göndərə biləcəyinə ümid edir.

Bunu nəqliyyat naziri – Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) direktor vəzifəsini icra edən Şon Daffi “Fox News” telekanalına müsahibəsində deyib.

“Biz Aya faydalı yüklərin göndərilməsinə başlamaq və orada bazanın tikintisinə başlamaq istəyirik, sonra isə 2030-cu illərin əvvəllərində Marsa getmək istəyirik. Bu, 8 aylıq missiya olacaq”, – o bildirib.

“Ümid edirəm ki, (gələn ilin aprelində) göyərtəsində dörd astronavt olan gəmi Ayın ətrafında uçacaq. Sonra biz Aya endik və orada 8-12 gün qalacağıq. Ən uzun müddət (keçmişdə Ayda) 3 gün olub”, – rəsmi əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]