Siyarto: Avropa liderləri Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün növbəyə düzülürlər

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, bu gün Avropa liderləri Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər.

Siyarto bu barədə “X” sosial şəbəkəsində yazıb.

“15 il əvvəl, biz (Macarıstan – red.) Azərbaycanla qarşılıqlı hörmət və fayda əsasında tərəfdaşlıq qurmağa başlayanda bəzi Avropa liderləri bizi lağa qoyur və nəsihət verirdilər. Bu gün həmin liderlər Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün növbəyə düzülürlər”, – o yazıb.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq Macarıstana energetika, əczaçılıq, kənd təsərrüfatı və tikinti sahələrində əhəmiyyətli nəticələr gətirib: “MOL Group” və MVM indi Azərbaycanın ən böyük neft-qaz yataqlarında paylara sahibdirlər və beynəlxalq bazarda sadə alıcılardan (karbohidrogen – red.) istehsalçıya çevriliblər”.

Qeyd edək ki, bu gün Budapeştdə Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 11-ci iclası keçirilib. Komissiyanın həmsədri Azərbaycan tərəfindən maliyyə naziri Sahil Babayev, Macarıstan tərəfindən isə Peter Siyartodur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]