Azərbaycan dövlət başçısı Şimali Makedoniya Prezidentinə məktub ünvanlayıb

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Şimali Makedoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Hazırda Azərbaycan-Şimali Makedoniya münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Sağlam təməllər üzərində qurulmuş münasibətlərimiz, səmərəli birgə fəaliyyətimiz ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir. Mart ayında Azərbaycana rəsmi səfəriniz ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinə yeni təkan verdi.

Bu gün dövlətlərarası əməkdaşlığımızın bir sıra sahələrdə daha da dərinləşməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. Siyasi əlaqələrimizin yüksək səviyyəsi və fəal dialoqumuz bunun üçün yaxşı zəmin yaradır.

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasında dostluq və əməkdaşlıq münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da birgə səylərimizlə uğurla inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]