Rusiya Kiyevdə istilik istehsalı obyektinə hücum edib

Rusiya ordusu Ukraynanın enerji infrastrukturuna yeni hücum həyata keçirib.

Bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

Kiyev vilayətində istilik istehsal edən obyekt kütləvi atəşə məruz qalıb.

“Düşmən ukraynalıların evlərini, xəstəxanalarını, uşaq bağçalarını və məktəblərini işıqsız və istiliksiz qoymaq niyyətini gizlətmir. İstehsal qurğuları, elektrik enerjisinin ötürülməsi və paylanması sistemləri, qaz infrastrukturu hərbi hədəf deyil. Rusiya çox yaxşı anlayır ki, mühüm mülki infrastrukturu hədəfə alır”, – Nazirliyin açıqlamasında bildirilib.

Nazirlik əlavə edib ki, hazırda xilasedicilər və energetiklər hücumun nəticələrinin aradan qaldırılması üzərində çalışırlar.

“Vəziyyətin mümkün qədər tez sabitləşdirilməsi üçün tədbirlər görülür və enerji təchizatı ilə bağlı dəyişikliklər barədə ictimaiyyətə məlumat veriləcək.

Kiyev vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidməti hücum nəticəsində ölən və yaralananların olmadığını açıqlayıb.

Məlumata görə, partlayış dalğası Obuxov rayonunda yerləşən ticarət mərkəzi və fitnes klubunun binalarına da ziyan vurub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]