Milli Məclisin sədri: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır

 
Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişir, yeni imkanlar açır.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

Onun sözlərinı görə, Zəngəzur dəhlizi çox ciddi əhəmiyyətə malikdir. 

S.Qafarova Vaşinqton razılaşmasının ardınca beynəlxalq ictimaiyyətin də müsbət reaksiyalarının olduğunu qeyd edib.

Spiker ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasına da toxunaraq bunun sülh prosesinə töhfə verəcəyini vurğulayıb.

“Regionumuzda uzunmüddətli sülh və əməkdaşlıq üçün təməl yaradılmaqdadır. Bütün bunlar Prezident İlham Əliyevin sülh diplomatiyası və liderliyinin bariz göstəricisidir”, – S.Qafarova söyləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]