Ter-Petrosyan Zəngəzur dəhlizi əvəzinə Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Zəngəzur dəhlizindən danışıb.

Ter-Petrosyan “ilur.am”a açıqlamasında “Zəngəzur dəhlizi” əvəzinə “Zəngəzur Nəqliyyat Qovşağı”ndan istifadəni təklif edib.

Levon Ter-Petrosyan hesab edir ki, “Zəngəzur Nəqliyyat Qovşağı” ifadəsini işlətmək daha düzgün olar.

Onun sözlərinə görə, Ermənistan bu marşrurutun təhlükəsizliyinə tam təminat verə bilər.

“Bu məsələdə Ermənistan istər-istəməz öz strateji tərəfdaşları – Rusiya, ABŞ və İran arasında aşkar fikir ayrılıqlarına baxmayaraq, onların fəal əməkdaşlığını gözləyir”, – Ter-Petrosyan qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]