Müəllimlərin maaşına əlavələr edilir – RƏSMİ

“Sertifikasiya prosesi 2022-ci ildən etibarən başlayıb və bu il də davam etdirilir. Bu il ilk dəfə təxminən 2 000 yeni fənn müəllimi həmin prosesə cəlb olunub”. 

Bu fikirləri Real TV-nin efirində yayımlanan “Real İntervyu” verilişinin qonağı olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov səsləndirib.

Onun sözlərinə görə, müəllimlərin əksəriyyəti bu mərhələdən uğurla keçib və 15 sentyabrdan etibarən onların əməkhaqlarına əlavələrin ödənilməsinə başlanılıb:

“Ümumilikdə, əməkhaqqı diferensial qaydada, artımla ödənilən müəllimlərin sayı 70 000-i keçərək təxminən 73 000-ə çatacaq. Hazırda uğurla keçən namizədlərin müsahibə mərhələsi başlamaq üzrədir. Bu həftə müəllimlər müsahibə mərhələsinə dəvət ediləcək və proses oktyabr ayının sonuna kimi başa çatdırılacaq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]