Mikayıl Cabbarov: “AIIF ənənəvi xarakter daşıyacaq”

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF-2025) ənənəvi xarakter daşıyacaq və onun hər ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Biz hədəfləyirik ki, bu, həm ölkəmizin iqtisadiyyatına, həm də regionumuzda iqtisadi əməkdaşlığa yönəlmiş ənənəvi bir tədbir olsun”, – deyə o qeyd edib.

Nazir forumun birinci günündə imzalanmış bir sıra vacib sənədlərlə bağlı da danışıb: “Onların arasında xüsusilə Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investorlarının həyata keçirəcəyi daşınmaz əmlak layihəsini xüsusi olaraq vurğulamaq istərdim. Bu, bir neçə milyard ABŞ dolları investisiya dəyəri olan bir layihədir. Bununla yanaşı, bölgəmizdə ilk dəniz suyunun duzsuzlaşdırılmasının həyata keçirən təsisatın yaradılması barədə Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə imzalanmış sənədləri xatırlatmaq istərdim”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]