SOCAR İtaliya şirkətindən pay alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb.

Bu, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb.

Müqavilə SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək.

Bundan başqa, AIIF 2025 çərçivəsində “EelElectric” MMC ilə elektrik mühəndisliyi və energetika sahəsində ixtisaslaşmış İsveç-İsveçrə transmilli korporasiyası “ABB Group”un Türkiyə nümayəndəliyi arasında Modul Panel Sistemlərinin quraşdırılmasına dair müqavilə imzalanıb. Sənədi “EelElectric”in direktoru Vüsal Mirzəyev və “ABB Group Türkey”in ölkə meneceri Mahmud Rzayev imzalayıb. Layihə elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyəcək.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]