Goranboyda ağır qəza – Xəsarət alanlar var

Goranboyda yol qəzası baş verib.

Hadisə Gəncə-Goranboy yolunun rayonun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai” ilə “Naz Lifan” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1995-ci il təvəllüdlü C. Hüseynov, 2000-ci il təvəllüdlü Ə. Əhmədov və Gəncə şəhər sakini A. Əhmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəstəxanada tibbi müayinə edildikdən sonra onlar evə buraxılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]