İsrailin saxladığı 36 türk aktivisi ölkələrinə qayıdıb – YENİLƏNİB

İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən “Qlobal Sumud Donanması” gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndərilib.

Onların olduqları təyyarə İstanbula çatıb.

Qeyd edilib ki, Türkiyəyə ümumilikdə “Qlobal Sumud Donanması” gəmilərində saxlanılmış müxtəlif ölkələrin vətəndaşları olan 137 şəxs gəlib.

***

İsrail qüvvələri tərəfindən beynəlxalq sularda ələ keçirilən “Qlobal Sumud Donanması” gəmilərindəki Türkiyə vətəndaşlarından 36 nəfəri bu gün xüsusi təyyarə reysi ilə vətənlərinə göndəriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.

Keçeli qeyd edib ki, XİN İsrailin beynəlxalq sularda ələ keçirdiyi bu gəmilərdə yer alan ölkə vətəndaşlarının taleyini yaxından izləyir və Türkiyə vətəndaşlarının təhlükəsiz şəkildə geri qaytarılması üçün diplomatik səyləri davam etdirir.

“Hazırda vətəndaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi üzərində işlər davam edir. Digər vətəndaşların da ən qısa zamanda ölkəyə qayıtması üçün lazımi prosedurlar yerinə yetirilir”, – Keçeli bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]