Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı arxivə verilib

Ermənistanda 44 günlük müharibəni araşdıran komissiyanın hesabatı parlamentin arxivinə təhvil verilib.

Bu barədə parlament sədrinin mətbuat katibi Movses Arutyunyan “Factor.am”a bildirib.

“44 günlük müharibənin səbəblərinin araşdırılması üzrə istintaq komissiyasının hesabatının parlamentin plenar iclaslarının gündəliyinə daxil edilməsi müddətlərin üst-üstə düşməməsi səbəbindən hüquqi baxımdan mümkün olmayıb. Bütün mümkün maraqlı tərəflərlə aparılan müzakirələr nəticəsində hesabatın parlamentin arxivinə göndərilməsi qərara alınıb. Orada hər bir deputat konfidensiallıq icazəsinə malik olan hesabatla tanış ola bilər”, – Arutyunyan qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]