Oktyabrın 10-da Düşənbədə MDB ölkələri liderlərinin sammiti keçiriləcək

Oktyabrın 10-da Düşənbədə (Tacikistan) MDB ölkələri liderlərinin sammiti keçiriləcək.

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

MDB dövlət başçıları regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla, beynəlxalq gündəmin aktual məsələlərini müzakirə edəcəklər. Birlik çərçivəsində siyasi dialoqun daha da dərinləşdirilməsinə, ticari-iqtisadi əlaqələrin gücləndirilməsinə, həmçinin humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetiriləcək.

İclasın sonunda liderlər çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə yönəlmiş bir sıra sənədlər imzalayacaqlar.

Bundan başqa, oktyabrın 9-da Düşənbədə Tacikistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Rusiya prezidentlərinin iştirakı ilə II “Mərkəzi Asiya – Rusiya” sammiti keçiriləcək. Onlar çoxşaxəli qarşılıqlı əlaqələrin inkişafına dair məsələləri, eləcə də terrorizm, ekstremizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və digər transmilli çağırışlarla mübarizədə fəaliyyətlərin koordinasiyası ilə bağlı tədbirləri müzakirə edəcəklər.

Sammitin sonunda yekun kommünike və birgə fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]