HƏMAS Qəzzada müşahidəçiləri qəbul etməyə hazırdır

HƏMAS Qəzza zolağı ərazisində silahsız müşahidəçilərin yerləşdirilməsi ilə razılaşmağa hazırdır.

Bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Buraya təkcə ərəb və ya islam dövlətlərindən deyil, həm də İsraillə münaqişə başa çatdıqdan sonra anklavda sabitliyə nəzarət üzrə beynəlxalq qrupa daxil ola biləcək digər ölkələrdən olan silahsız müşahidəçilərin yerləşdirilməsi daxildir.

Hərəkatdakı mənbələrə görə, HƏMAS anklavın ərazisində Türkiyənin hərbi bölmələrinin olmasını tələb etməyib.

Sentyabrın sonunda ABŞ administrasiyası ABŞ Prezidenti Donald Trampın Qəzzadakı münaqişənin həllinə yönəlmiş “hərtərəfli planını” açıqlayıb. Sənəd 20 maddədən ibarətdir və xüsusilə də Fələstin anklavında müvəqqəti xarici idarəetmənin tətbiqini nəzərdə tutur. Planın elementlərindən biri də ərəb və müsəlman dövlətlərinin hərbçilərindən ibarət hərbi kontingentin Qəzzaya göndərilməsi ideyasıdır.

Oktyabrın 6-da Şarm əl-Şeyxdə İsrail və HƏMAS nümayəndə heyətləri arasında birbaşa olmayan danışıqlar yenidən başlayıb. Danışıqlarda Misir, Qətər və ABŞ nümayəndələri vasitəçilik edirlər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]