15 yaşlı qızı yeni il gecəsi də qaçırmışdı – Həbs edildi


Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmayan qızı evlənmək məqsədilə qaçıran gənc həbs edilib.

Hadisə bu ilin aprelində Babək rayonunda qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Tural Abdulov (şərti) qonşu kənddə yaşayan 8-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Aytəni (şərti) qaçırıb.

Onlar Turalın evində ər-arvad kimi birgə yaşamağa başlayıblar. Lakin bir neçə gün sonra yetkinlik yaşına çatmayan şəxslə intim münasibətdə olan Abdulov barəsində cinayət işi açılıb və o, məsuliyyətə cəlb edilib.

Bildirilib ki, Tural 2024-cü il dekabrın 31-də – Yeni il gecəsi də Aytəni onun razılığı ilə evlənmək məqsədilə qaçırıbmış. Lakin həmin vaxt ailələr qısa müddət sonra qızın geri qaytarılması barəsində razılaşıbmış.

Babək Rayon Məhkəməsində T.Abdulov barəsində Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə açılmış işə baxılıb. Məhkəmənin 2 oktyabr tarixli hökmü ilə ona 1 il həbs cəzası verilib. 18 yaşlı oğlan məhkəmə zalındaca qandallanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]