Rusiya Prezidenti Nobel Komitəsinin qərarı ilə razı olmadığını deyib

Rusiya Prezidenti Vladimir Putin Nobel Komitəsinin qərarı ilə razı olmadığını söyləyib.

Tacikistana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında çıxış edən Putin bildirib ki, Nobel Sülh Mükafatı ilə bağlı Komitənin qərarı mükafatın etibarına böyük ziyan vurub.

“Nobel Komitəsi dəfələrlə sülh üçün heç bir iş görməyənlərə Sülh Mükafatı verib”, – Rusiya prezidenti vurğulayıb.

O, Nobel Komitəsinin nüfuzunu böyük dərəcədə itirdiyini söyləyib: “ABŞ-ın hazırkı prezidentinin Nobel mükafatına layiq olub-olmadığını mühakimə etmək mənlik deyil. Bilmirəm. Amma o, həqiqətən də, illər, hətta onilliklər boyu davam edən mürəkkəb böhranların həlli üçün çox şey edir”.

Putin həmçinin, Ukrayna böhranı ilə bağlı Donald Trampın “sülh üçün səmimiyyətlə səy göstərdiyi” fikrini ifadə edib.(APA)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]