Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur

Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.

O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi.

“Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin birgə şəkli hamımızı qürurlandırdı. Bizim adət-ənənəmiz getdiyimiz yeri bərpa və inşa etmək, getdiyimiz yerə sevinc qatmaqdır. Ən böyük sevinc isə mənəvi dinamika yaratmaqdır. Qardaş ölkələrin bir-birinə belə gözəl hədiyyələr verməsi əsl atalarımızın adətinə uyğundur. Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi bu mənada çox önəmlidir. Türk birliyi, bərabərliyi daimi olsun”, – diplomat vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]