Trampın həkimi: ABŞ Prezidenti müstəsna fiziki formadadır


ABŞ Prezidenti Donald Tramp müstəsna fiziki formada olduğunu aşkar edən tibbi müayinədən uğurla keçdi.

Bu barədə Trampı müalicə edən həkimin Ağ Evin Mətbuat xidməti tərəfindən yayılan rəyində deyilir.

Sənəddə qeyd olunur ki, Tramp Vaşinqton ətrafındakı Uolter Rid adına Hərbi Tibb Mərkəzində planlı tibbi müayinədən uğurla keçib.

“Aparılan kompleks laboratoriya tədqiqatları əla nəticələr göstərdi”, – ABŞ Prezidentinin həkimi Trampın metabolik, hematoloji və kardioloji göstəricilərinin sabit qaldığını izah edib.

Bundan əlavə, beynəlxalq səyahətlər ərəfəsində ona qrip və COVID-19 peyvəndi vurulub. “Prezident Tramp ümumi sağlamlıq nümayiş etdirməyə davam edir” – Amerika liderinin həkimi Trampın “kardioloji yaşı”nın təxminən 14 il az olduğunu söyləyib.

“Prezident Tramp müstəsna fiziki formadadır, ürək-damar, tənəffüs, sinir və dayaq-hərəkət sistemlərinin yüksək göstəricilərini nümayiş etdirir”, – həkimin rəyində vurğulanır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]