Nazirlər Kabineti Naftalan nefti ilə bağlı qərar verib

Nazirlər Kabineti “Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar ölkə Prezidentinin “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 28 sentyabr 2024-cü il tarixli sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb və elmi-texniki nailiyyətlərin texnoloji proseslərdə tətbiqi, qabaqcıl texnologiya, avadanlıq, xammal və enerji resurslarından qənaətlə istifadəsi, əmtəə məhsullarının çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi amilləri nəzərə alınmaqla, Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriyakurort müəssisələrinə paylanılması qaydalarını müəyyən edir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]