Komitə: Şuşanın tarixi mərkəzini detallı bərpa edə bilərik

Şuşa şəhərinin tarixi mərkəzini kifayət qədər detallı şəkildə bərpa edə bilərik.

Bunu Bakıda keçirilən “III Milli Şəhərsalma Forumu” çərçivəsində “Gələcək şəhərlərimiz üçün gənclərin birliyi” mövzusunda keçirilən tədbirdə Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri Müslim İmranlı deyib.

“Sadəcə, bərpa prosesi çox bahalı və uzun olduğu üçün, bu, çox uzun müddət çəkəcək”, – deyə o əlavə edib.

M.İmranlı memar Elturan Avalovun arxivində Şuşanın tarixi ilə bağlı önəmli görüntülərin olduğunu deyib:

“Bu yaxınlarda Elturan müəllimin çox böyük neqativlərdən ibarət bir arxivini əldə etdik. Onun razılığı ilə bu neqativləri götürdük. Orada təxminən 1500-ə yaxın neqativ var. O, 70–80-ci illərdə Şuşanın fotolarını çəkib. Heç vaxt nə çap olunub, nə də elektronlaşdırılıb. Biz həmin prosesə başladıq, elektronlaşdırdıq və indi artıq çox rahat bilirik ki, 70–80-ci illərdə Şuşa hansı görkəmdə olub, hansı küçələr harada yerləşib. Çünki şəhər dəfələrlə dağılıb və biz onun izlərini köhnə arxivlərdən tapırıq”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]