Zelenski: Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan qaz almağı planlaşdırır

Ukrayna müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan təxminən 2 milyard ABŞ dolları məbləğində qaz almağa hazırdır.

Bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.

“Əlavə qazı Yunanıstandan da ala bilərik, biz bu ölkənin Baş naziri Kiriakos Mitsotakislə razılaşmışıq. Digər ölkələrlə də anlaşma və razılaşmalarımız var. Azərbaycanla da var. Hamı bunun üzərində işləyir. Qazla bağlı məsələ həll olunacaq”, – o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, Ukrayna çox çətin vəziyyətdə bu məbləğdə qaz tapmağa hazır olmalıdır və tranşın bir hissəsini – 100 milyon ABŞ dolları məbləğində qrantı Norveç təmin edəcək və yanvarda daha bir tranş ayıracaq.

O qeyd edib ki, Ukraynanın Baş naziri Yuliya Sviridenko Slovakiya, enerji naziri Svetlana Qrinçuk isə ABŞ-nin enerji şirkətləri ilə müvafiq müsbət razılaşmalara malikdir.

Prezident həmçinin qeyd edib ki, ABŞ-dən mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı razılaşmalar mövcuddur. Əgər Kiyev qaz almağa qərar verərsə, Ukraynaya tədarük Polşa terminalı vasitəsilə həyata keçirilə bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]