Mingəçevir və Ağcabədidə qaz olmayacaq

Mingəçevir və Ağcabədi şəhərlərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Bildirilib ki, Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək “Mingəçevir 1 xətt” ölçü qovşağının üzərində quraşdırılmış kollektordan qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Həmçinin, Ağcabədi şəhəri N.Nərimanov küçəsində qeyri-yaşayış sahəsinin qarşısından keçən d-89 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə oktyabrın 23-də həmin ərazinin (N.Nərimanov, Ş.Qurbanov, E.Sadiqov, M.Hüseynzadə, Ə.Süleymanov, S.Vurğun, İ.Məlikzadə, Babək, Z.Adıgözəlov küçələri – 1920 abonent) qaz təchizatının daxildən dayandırilacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]