Rusiya XİN: Lavrovla Rubionun görüşü ciddi hazırlıq tələb edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubionun görüşü hazırlıq tələb edir.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, Lavrovla Rubionun görüşünün təxirə salınması ilə bağlı KİV-də yayılan xəbərləri təkzib edib.

“Razılaşmamış bir şeyi təxirə sala bilməzsiniz. Biz dünən bəzi Qərb mənbələrinin yazdıqlarını təsdiq etməmişik. Belə bir təmasın vaxtı və yeri ilə bağlı heç bir razılığımız olmayıb.İdeya olaraq, bu görüş mövcuddur. Əlbəttə ki, bu, böyük əhəmiyyətə malikdir. Amma məhz belə bir hadisə böyük əhəmiyyətə malik olduğu üçün hazırlıq tələb olunur. Biz bunun üzərində işləyirik. Dünən nazir bu barədə dövlət katibi ilə telefon danışığı aparıb”, – Ryabkov əlavə edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]