DYP avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib

Baş Dövlət Yol Polisi İdarəsi avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə “Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi” mövzusunda AYNA-da keçirilən tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yanğına meyilli olması, belə halların yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratması barədə daşıyıcı şirkət nümayəndələrinə geniş məlumat verib.

Bununla yanaşı, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması, vaxtında texniki baxışa təqdim edilməsi, əlavə avadanlıq quraşdırılması və ya konstruksiya dəyişikliyi kimi müdaxilələrin yolverilməzliyi, həmçinin onların istifadəyə yararlı və normativ tələblərə uyğun yanğınsöndürmə vasitələri ilə təchiz edilməsinin də yanğın əleyhinə qabaqlayıcı tədbirlərdən olduğunu qeyd edən məruzəçi, həyatını sürücüyə etibar edən sərnişinlərin etimadını doğrultmağın istər mənəvi, istərsə də hüquqi baxımdan məsuliyyətlı bir məsələ olmasını bir daha daşıyıcıların diqqətinə çatdırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]