Nikol Paşinyan: Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır

Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumundakı çıxışında deyib.

O, Cənubi Qafqaz ölkələrinin birlikdə hərəkət sayəsində daha böyük fayda əldə edə biləcəklərini vurğulayıb:

“Tarix göstərdi ki, birlikdə hərəkət etmədikdə yalnız itkilər yaşaya, hətta dövlətçiliyi itirə bilərik. Bu, mənim şəxsi qənaətimdir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı münasibətlərin mümkünlüyünü tam şəkildə başa düşmək üçün bu mövzu kifayət qədər müzakirə olunmayıb.

Cənubi Qafqazı daha geniş kontekstdə görmək və başa düşmək lazımdır. Tarix onu da göstərir ki, uzunmüddətli münaqişələr və düşmənçiliklər olsa da, bizim – yəni Ermənistan və Azərbaycanın – vəziyyətində Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən dərəcədə bir-biri ilə bağlıdır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]