Mirzoyan: Azərbaycanla əldə edilən bütün razılaşmalar faydalıdır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, Azərbaycanla əldə edilən bütün razılaşmalar qarşılıqlı faydalıdır.

O, Ermənistan və Azərbaycan arasında sülh və kommunikasiyaların açılması barədə razılaşmalara əməl edilməsinə zəmanətlərlə bağlı suala cavab verərkən bunu bəyan edib.

“Belə zəmanətlər işləmir, biz bunu öz təcrübəmizdən də bildik”, – o qeyd edib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir.

Nazir, həmçinin müqavilələrin yerinə yetirilməsinə ən yaxşı təminatın üçüncü tərəfin, xüsusilə də fövqəldövlətin iştirakı ola biləcəyi fikrini rədd edib.

O, sülh sazişi nəticəsində guya Azərbaycanın hər şeyi, Ermənistanın isə heç nə əldə etməyəcəyi barədə bəyanatları da şərh edib: “Bizim əldə etdiyimiz şey bizim üçün faydalıdır. Azərbaycanın əldə etdiyi şey onlar üçün çox vacibdir. Bu halda hər iki tərəf razılaşmalara riayət etməkdə maraqlı olacaq. ABŞ Prezidenti Donald Trampın iştirakı əlavə dəyər hesab oluna bilər”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]