Prokuror icra başçısının sabiq müavininə 7,5 il cəza istədi

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyeva və tanışı Təranə Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, V.A 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə, T.B isə əvvəlki cəzası da qismən toplanılmaq yolu ilə 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Zərərçəkən şəxs sadəcə pulunun ödənilməsini xahiş edərək, yekun cəzanı məhkəmənin mülahizəsinə buraxıb.

Vəkillər çıxış üçün vaxt istəyib.

Proses oktyabrın 31-nə təxirə salınıb.

Qeyd edək ki, bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılan V.A tanışı T.B ilə əlbir olaraq dələduzluq etməkdə ittiham olunur. Cinayət işi üzrə zərərçəkən kimi tanınan isə Gədəbəy rayon sakini Cavanşir Məmmədəliyevdir.
İttihama görə, təqsirləndirilən şəxslər Cavanşir Məmmədəliyevi Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin ediləcəyi ilə aldadaraq 51 min manat pulunu alıblar.
T.B. bir müddət əvvəl başqa dələduzluq əməlinə görə məhkum edilib.
V.A barəsində istintaq dövründə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]