Gənclərin COP29 missiyası” layihəsinin icrası çərçivəsində tədbirlərini uğurla davam etdirir

Dünya Azərbaycanlıları Vətənpərvərləri İctimai Birliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İqlim Səfirləri – Gənclərin COP29 missiyası” layihəsinin icrası çərçivəsində tədbirlərini uğurla davam etdirir.

Layihə üzrə növbəti görüş Qəbələ şəhərində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunub. Tədbir zamanı iqlim dəyişiklikləri, ekoloji maarifləndirmə və COP29 prosesində gənclərin fəallığının artırılması mövzularında təqdimatlar keçirilib.

Üç ay davam edən layihə çərçivəsində müxtəlif bölgələri əhatə edən 6 rayonda ardıcıl təlim və görüşlər təşkil olunub. Ümumilikdə layihədə fəal iştirakı ilə seçilən 120 gənc sertifikatla təltif edilib.

Qəbələdə keçirilən tədbirdə isə xüsusi fəallıq göstərən 20 tələbəyə sertifikat təqdim edilib. Tədbirdə həmçinin Prezident mükafatçısı şair Şahməmməd Dağlar oğlu, Gənclərin Anti Narkomaniya İctimai Birliyinin Qəbələ rayon filialının rəhbəri Xəyal Məmmədəliyev, eləcə də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllim və tələbə heyəti iştirak edib.

Layihənin rəhbəri Büllur Məmmədova bildirib ki, bu təşəbbüs gənclərin ekoloji savadlılığını artırmağa, onların iqlim proseslərində iştirakını genişləndirməyə və COP29-da gənclərin səsinin daha çox eşidilməsinə xidmət edir.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]