Ərdoğan: Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərimizi ifadə etmişik

Rəcəb Tayyib Ərdoğan Türkiyənin Avropa İttifaqına tam üzvlüklə bağlı Almaniyadan gözləntilərini ifadə edib.

Bunu Türkiyə Prezidenti ölkəsində səfərdə olan Almaniyanın Kansleri Fridrix Mertslə birlikdə mətbuata bəyanatında deyib.

“Bu gün apardığımız danışıqlarda NATO müttəfiqləri olaraq, ortaq maraqlarımız zəminində ikitərəfli münasibətlərimizi və beynəlxalq məsələləri müzakirə etdik. Həmçinin strateji hədəf kimi gördüyümüz Avropa İttifaqına tam üzvlüyümüzlə bağlı onlardan gözləntilərimizi ifadə etdik. Türkiyənin bu məsələdə nümayiş etdirdiyi qətiyyətli iradənin İttifaq səviyyəsində layiqincə dəyərləndirilməsi halında, çox qısa müddətdə ciddi irəliləyiş əldə edə biləcəyimizə inanırıq”.

Öz növbəsində kansler bəyan edib ki, Türkiyəni Avropa İttifaqında görmək istəyir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]