Azərbaycanda daha bir yol PULLU olacaq

Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Ziyəddin Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda yolun ödənişsiz alternativ marşrutu istifadədə olsa da, yeni inşa edilən əsas magistral yol üzrə ödənişli sistemin tətbiqi planlaşdırılır:

“Hazırda ödənişli sistem işə salınmayıb, lakin layihə üzrə bu yolun ödənişli olması nəzərdə tutulur. Bu, regionda ilk dəfə müasir standartlara uyğun ödənişli avtomobil yolu kimi fəaliyyət göstərəcək.”

Z. Həsənov qeyd edib ki, ödənişli yolun paralelində Horadiz–Cəbrayıl–Zəngilan istiqamətində 2-ci texniki dərəcəyə uyğun olaraq alternativ, pulsuz yol artıq çəkilib və istismara verilib.

“Alternativ yol hazırda tam istifadədədir və sürücülər üçün heç bir ödəniş tələb olunmur. Yeni ödənişli magistral isə birinci texniki dərəcəyə uyğun tikilir və daha yüksək təhlükəsizlik, hərəkət rahatlığı və sürət təmin edəcək,” – deyə Həsənov vurğulayıb.

Qeyd edək ki, Horadiz–Zəngilan–Ağbənd avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometr təşkil edir və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır. (Mənbə: Report)

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]