Pakistanın Baş naziri: Məcburi köçkünlərin Qarabağa qayıdışını görmək ruhlandırır

Məcburi köçkünlərin Qarabağa doğma yurdlarına qayıdışını görmək ruhlandırır.

Bunu Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Şuşada, Xankəndidə, Qarabağda, Laçında və Qarabağın bütün ərazilərində yenidənqurmanın bu cür inanılmaz tempi tam fenomenal xarakter daşıyır:

“Artıq gələcəyimizə böyük ümid və arzularla baxırıq. Prezident İlham Əliyev, bu, sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir. Bu gün cəsur oğullarımızın qanları hesabına azad Qarabağ torpaqlarında gözəl Xarıbülbül yenə çiçək açır, ümid gətirir. Uca Allah tərəqqi və firəvanlıqla dolu gələcəyə addımlayan böyük xalqlarımıza güc-qüvvət versin. Yaşasın Pakistan-Azərbaycan dostluğu! Yaşasın Pakistan-Azərbaycan-Türkiyə dostluğu!”

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]