Əli Kərimlinin evində axtarış aparılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı barədə məlumat yayılıb.

Məlumatı sosial şəbəkədə partiyanın Nərimanov şöbəsinin sədr müavini Səyyad Quliyev yayıb.

Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının onun evində axtarış apardığı bildirilir. Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) araşdırmaslı çərçivəsində aparıldığı qeyd edilir.

Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb.

AXCP-dən geniş məlumat yayılacağı bildirilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]