Umerov və Kislitsa Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər ediblər – YENİLƏNİB

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və xarici işlər nazirinin birinci müavini Sergey Kislitsanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib.

Bu barədə “Bloomberg“ məlumat yayıb.

Səfərin məqsədi ABŞ-ın Ukrayna planını müzakirə etməkdir. Məlumata görə, Umerov və Kislitsa Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşəcəklər.

“Bloomberg”in dəqiqləşdirməsinə görə, Uitkoff gələn həftə Rusiyada keçiriləcək danışıqlarda ABŞ nümayəndə heyətinə rəhbərlik etməlidir.

***

Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ-ın Ukrayna planını müzakirə etmək üçün ABŞ-a səfər edəcək nümayəndə heyətinin tərkibində olacaqlar.

Bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Umerov və Kislitsya Floridada ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkov və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşəcəklər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]