Səudiyyə Ərəbistanının Ali Audit Orqanı Hesablama Palatasının fəaliyyətini qiymətləndirib

Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən Ali Audit Orqanlarının Ərəb Təşkilatının (ARABOSAI) 15-ci Baş Assambleyası çərçivəsində nümayəndə heyəti Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Dr. Hussam Alanqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə qurumlar arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Sədr Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsi tərəfindən Hesablama Palatasının fəaliyyətinin həmkar qiymətləndirməsini bu əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirib. O, qiymətləndirilmənin nəticələrinin Hesablama Palatasının fəaliyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib və bu məsələnin 2026-2030-cu illər üzrə yeni Strateji Planda nəzərə alındığını qeyd edib.

Dr. Hussam Alanqari Azərbaycan Hesablama Palatasının fəaliyyətində əldə olunan nailiyyətləri yüksək dəyərləndirib və aparılmış həmkar qiymətləndirmənin nəticəsinin bunu bir daha təsdiqlədiyini vurğulayıb.

Görüşün sonunda Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin Prezidenti Hesablama Palatasının sədrinə həmkar qiymətləndirməsinin yekun hesabatını təqdim edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]