Azərbaycan və Gürcüstan birgə kollecin yaradılmasını müzakirə edir

Azərbaycan və Gürcüstan energetika, dərin özüllü dəniz limanları tikintisi və sualtı kabellərin çəkilməsi sahəsində mütəxəssislər hazırlayacaq birgə kollecin yaradılması imkanını müzakirə edir.

Bu barədə Gürcüstan parlamentinin Təhsil, Elm və Gənclərlə İş Komitəsinin sədri Mariam Laşxinin Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüşünün nəticələri haqqında bəyanatında bildirilib.

Məlumata əsasən, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub. Birgə layihələrə, ali və peşə təhsili sahəsində tərəfdaşlığın gücləndirilməsinə, həmçinin birgə tədqiqatların aparılması imkanlarına xüsusi diqqət yönəlib.

“Biz, həmçinin enerji, dərin özüllü dəniz limanlarının tikintisi və sualtı kabellərin çəkilişi sahəsində vacib kadrların hazırlanmasına töhfə verəcək birgə peşə kollecinin yaradılması imkanını müzakirə etdik”, – M.Laşxinin bəyanatında bildirilib.

Tərəflər, həmçinin elmlər akademiyaları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycanda gürcüdilli məktəblərin fəaliyyəti, eləcə də Gürcüstanda azərbaycandilli məktəblərin vəziyyətini müzakirə ediblər.

Bundan əlavə, görüş iştirakçıları Gürcüstan parlamentinin deputatlarının Azərbaycana səfərinin təşkili məsələsini müzakirə ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]