Bu il “Türk axını” ilə Macarıstana 8 mlrd. kub metr qaz tədarük ediləcək

Macarıstan Türkiyəni etibarlı tranzit tərəfdaşı hesab edir.

Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto “X” hesabında türkiyəli həmkarı Hakan Fidanla görüşünü şərh edərkən bildirib.

“Türkiyə-Macarıstan Birgə Məsləhət Mexanizminin ilk iclası bu gün xarici işlər və müdafiə nazirlərinin, milli təhlükəsizlik müşavirləri və böyük hərbi şirkətlərin rəhbərlərinin iştirakı ilə keçirildi. Biz Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll olunmasını dəstəkləyən Türkiyə ilə həmrəyik və enerji təminatı marşrutlarına hücumları qınayırıq. Fərqi yoxdur bu hücumlar Rusiyadakı neft borularını hədəfə alır, yoxsa Qara dənizdəki tankerləri. Türkiyə etibarlı və ədalətli tranzit tərəfdaşıdır. Bu il, təxminən 8 milyard kub metr qaz “Türk axını” boru xətti ilə Macarıstana nəql ediləcək”, – Siyarto qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]