Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Danışıqlar ərazi məsələsinə görə dalana dirənib

Bu barədə Prezident Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ, Rusiya və Ukrayna arasında fərqli baxışlar var və Donbasla bağlı vahid yanaşma yoxdur.

Ukrayna Prezidenti deyib ki, ABŞ-ın sülh təşəbbüsü üzrə danışıqların iştirakçıları hələ də ərazi məsələsində razılığa gələ bilmirlər.

Zelenski qeyd edib ki, ABŞ-ın planının bəzi elementləri bir sıra “həssas məsələlər”, o cümlədən müharibədən əziyyət çəkən ölkə üçün təhlükəsizlik təminatları və şərq bölgələrinə nəzarət kimi məsələlər üzrə əlavə müzakirə tələb edir.

O əlavə edib ki, Kiyev Qərb müttəfiqləri, ilk növbədə ABŞ-la təhlükəsizlik zəmanətləri üzrə ayrıca saziş bağlamaqda israrlıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]