Gürcüstan BBC-nin süjetinə görə Britaniyadan üzr tələb edir

Böyük Britaniya BBC telekanalının Gürcüstanla bağlı yaydığı yalana görə üzr istəməlidir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan dezinformasiya ilə bağlı Böyük Britaniyanın Kommunikasiyaların Tənzimlənməsi Komissiyasına, lazım gəldikdə isə məhkəməyə müraciət edəcək.

“BBC ictimai yayımçı olduğuna və dövlət tərəfindən maliyyələşdiyinə görə Böyük Britaniya yalan informasiyaya görə üzr istəməlidir. Telekanalın materialı yalana əsaslanan süni qalmaqal yaratmağa cəhd idi”, – Kobaxidze əlavə edib.

Qeyd edək ki, BBC-nin bu yaxınlarda yayımladığı süjetdə 2024-cü ildə Tbilisidə keçirilən aksiyaların dağıdılmasında Birinci Dünya müharibəsi zamanına aid zəhərli kimyəvi maddələrdən istifadə olunduğu iddia edilib. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti materialla bağlı dərhal istintaqa başlayıb və ötən il Tbilisidə etirazçılara qarşı qadağan olunan maddələrdən istifadə edilmədiyini bildirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]