Rus bölməsində hansı fənlər Azərbaycan dilində tədris ediləcək?

Azərbaycan tarixi fənni ilə yanaşı, digər fənlərin də ana dilində tədrisi məsələsinə aydınlıq gətirilib.

Bu barədə Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan dili fənninin tədrisi genişlənir. Bəzi fənlər artıq Azərbaycan dilində keçirilir:

“Artıq ədəbiyyat, hərbi hazırlıq və musiqi fənləri tədris dilindən asılı olmayaraq, bütün siniflərdə  Azərbaycan dilində tədris olunur və bu fənlər üzrə qiymətləndirmə də həmin dildə aparılır. Məqsəd şagirdlərin öyrənmə prosesinə təsiri və nəticələrin qiymətləndirilməsidir.   Hazırda digər fənlərin də Azərbaycan dilində tədrisi ilə bağlı müzakirələr davam edir. Konkret hansı fənlərin bu siyahıya əlavə olunacağı barədə qərar isə növbəti illərdə veriləcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]