Tramp: Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir

ABŞ-nin Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə ABŞ-nin Ukrayna münaqişəsini sonlandırmaq barəsində təklifini oxumağı məsləhət görüb.

Bunu Tramp “Politico”ya verdiyi müsahibədə bildirib.

“Zelenski təklifi oxumalıdır. Əgər onlar razılaşmanı oxumurlarsa, Rusiya ilə işləri çətin olacaq, çünki Rusiyanın üstünlüyü var. Onlar daha çoxdurlar və daha güclüdürlər”, – D.Tramp deyib.

Avropa ölkələrinin danışıqlar prosesində iştirakı məsələsini şərh edərkən, Tramp deyib ki, “onlar işlərini görə bilmirlər”.

“Avropa ölkələri heç bir şey etmirlər. Onlar danışırlar, lakin heç bir iş görmürlər. Müharibə hələ də davam edir. Avropa bir çox cəhətdən öz işinin öhdəsindən gələ bilmir”, – ABŞ Prezidenti qeyd edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]