Rusiya XİN: İş adamlarımız Ermənistandakı layihələrin perspektivlərini ehtiyatla qiymətləndirirlər

Rusiyadan olan iş adamları Samvel Karapetyanın həbsindən sonra Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə başlayıblar.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə deyib.

“Bildiririk ki, belə bir vəziyyətdə digər iş adamlarımız Ermənistandakı layihələrinin perspektivlərini ehtiyatla qiymətləndirməyə, ölkənin investisiya iqliminin dayanıqlığı barədə suallar verməyə başlayıblar ki, bu da ikitərəfli ticarətin artan dinamikasının qorunub saxlanmasına xidmət etmir”, – o bildirib.

Xatırladaq ki, “Taşir Kapital” şirkətinin sahibi Samvel Karapetyan Ermənistanda hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq həbs edilib. Ermənistan Antikorrupsiya Məhkəməsi noyabrın 18-də onun həbs müddətini daha iki ay uzadıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]