Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub

Baş prokuror Kamran Əliyev qətərli həmkarı İssa bin Saad Al Nuaimini Azərbaycana səfərə dəvət edib.

Dohada keçirilən görüşdə Qətərin Baş prokuroru qurumlar arasında yüksək səviyyəli işgüzar münasibətlərin ölkələrin siyasi rəhbərlikləri arasında formalaşmış dostluq münasibətlərindən qaynaqlandığını bildirib.

K.Əliyev hər iki ölkənin prokurorluqları arasında formalaşmış səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edib.

Görüşdə Azərbaycanla Qətər arasında daha öncə imzalanmış Anlaşma Memorandumunun icrası ilə bağlı konkret tədbirlər, həmçinin digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Baş prokuror Dohada, həmçinin, Qətərin İnzibati Nəzarət və Şəffaflıq Qurumunun rəhbəri Hamad bin Nasser Al Misnad, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin cari direktoru Con Brandolino, İranın ədliyyə naziri Əmin Hüseyn Rəhimi, Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos, Litva Xüsusi İstintaq Xidmətinin direktoru Linas Pernavas, Uqanda Dövlət Prokurorluq Xidmətinin direktoru Lino Anguzu, Moldovanın cari Baş prokuroru Aleksandru Makedon və başqaları ilə ikitrəfli görüşlər keçirərək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]