Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir

Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlamaq istəmir, lakin səbri tükənir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TRT World”ə müsahibəsində deyib.

Nazir bildirib ki, Suriya hökuməti və SDQ arasında martın 10-da əldə olunan razılaşmanın icrası gecikir və qruplaşma bu razılaşmaya gec olmadan əməl etməlidir.

“Biz sadəcə işlərin dialoq, müzakirələr və sülh yolu ilə irəliləməsinə ümid edirik. Hər kəs razılaşmanın heç bir gecikmə olmadan və təhrif olunmadan icra edilməsini gözləyir”, – Hakan Fidan qeyd edib.

Hakan Fidanın bu açıqlamalarından əvvəl Suriya hökuməti SDQ-yə Suriya ordusu ilə inteqrasiya üçün yekun təklif olaraq 13 maddəlik bir plan təqdim edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]