Yol polisi sürücülərə və piyadalara müraciət etdi

Piyadavurma hadisələri yol qəzası olmaqla yanaşı, həm də ailələrin taleyinə dəyən zərbədir. Təəssüf ki, bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geridönüşü olmayan nəticələrə səbəb olur.

Yollarda ən müdafiəsiz hərəkət iştirakçısı piyadadır. Onların təhlükəsizliyi isə sürücü intizamından bilavasitə asılıdır. Piyada keçidinə yaxınlaşarkən azaldılmayan sürət, vaxtında verilməyən reaksiya bir ömrü yarıda qoya bilər.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə və piyadalara ünvanlanan müraciətində deyilir.

BDYPİ hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır: “Sürücülər, sükan arxasında olduğunuz hər saniyə bir həyatın məsuliyyətini daşıyırsınız. Piyada keçidlərinə yaxınlaşarkən sürəti azaldın, uşaqlara, yaşlılara, xüsusilə gecə saatlarında və məhdud görünmə şəraitində piyadalara qarşı daha diqqətli olun. Piyadalar, təhlükəsizlik, ilk növbədə, sizin davranışınızdan başlayır. Yolu yalnız müəyyən edilmiş yerlərdən keçin, işıqforun tələblərinə əməl edin və unutmayın ki, tələskənliyiniz həyatınız bahasına başa gələ bilər. Unutmayaq ki, bir anlıq ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər”,- deyə müraciətdə bildirilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]