Spiker: Avropa Parlamenti qərəzli praktikasını davam etdirib

Avropa Parlamenti Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

“Biz əminik ki, dayanıqlı inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi yalnız milli hüquq çərçivəsində, suverenlik prinsiplərinə ciddi əməl olunması şəraitində təmin edilə bilər. Avropa Parlamenti bu addımı ilə Azərbaycana qarşı beynəlxalq hüquq prinsiplərinə zidd olan qeyri-obyektiv və qərəzli praktikasını davam etdirib, qətnamə Azərbaycanda real vəziyyəti əks etdirmir. Bu qətnamə Avropa Parlamentinin dövlət suverenliyinə hörmət və daxili işlərə qarışmamaq prinsiplərinə etinasız münasibətini əks etdirir. Sənəddə yer alan siyasi məhbuslar, siyasi təqiblər, akademik və mədəni hüquqların pozulması kimi ifadələr və digər ittihamları biz qətiyyətlə rədd edirik. Azərbaycan qanunun aliliyi, dövlət müstəqilliyi və öz vətəndaşları qarşısında cavabdehliyi prinsiplərinə əməl edir”, – deyə spiker vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]