Cevdet Yılmaz Orta Dəhlizin taleyini Azərbaycan və Türkiyənin müəyyənləşdirəcəyini bəyan edib

Orta Dəhlizin, Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək.

Bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

Cevdet Yılmaz deyib ki, Azərbaycan və Türkiyə münasibətlərində 21-ci əsrin İpək Yolu adlandırılan Orta Dəhliz bu gün heç olmadığı qədər həyati bir önəm qazanıb: “Gözlər Xəzərdən keçən Orta Dəhlizə çevrilib. Ancaq bu potensialı logistik imkana çevirmək bizim əlimizdədir. Beləliklə, modern İpək Yolunun bünövrə daşları yerinə oturacaq. Çin səddindən Avropaya uzanan ticarətin taleyi Türkiyə və Azərbaycanın sarsılmaz ittifaqı ilə şəkillənəcək”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]