Almaniya Ukraynaya növbəti dəfə hava hücumundan müdafiə kompleksini verib

Almaniya Ukraynaya sayca doqquzuncu IRIS-T hava hücumundan müdafiə raket kompleksini verib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, yüksək texnologiyalı IRIS-T raketləri sürətlə manevr edə bilir, hədəfləri həm qarşıdan, həm də təqib zamanı vura bilir və yüksək həssaslığı olan infraqırmızı başlıqlara malikdir. Onlar müasir təyyarələri vura, onların müdafiə komplekslərini aşa və həqiqi hədəfləri saxta olanlardan ayıra bilir.

Hazırda iki tip IRIS-T kompleksi istifadə olunur: SLS – kiçik əhatə dairəsi, 12 km-ə qədər məsafə, 8 km-ə qədər hündürlük və SLM – orta əhatə dairəsi, 40 km-ə qədər məsafə, 20 km-ə qədər hündürlük.

IRIS-T – müasir hava hücumundan müdafiə raket kompleksidir. Onu alman şirkəti “Diehl Defense” istehsal edir. Kompleks təyyarələri, helikopterləri, pilotsuz uçuş aparatlarını və qanadlı raketləri məhv etmək üçün nəzərdə tutulub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]