İran və BƏƏ XİN başçıları ikitərəfli və regional məsələləri müzakirə ediblər

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Al Nahyanla telefon danışığı zamanı ikitərəfli münasibətləri və regional hadisələri müzakirə etdilər.

Məlumatı İranın Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, nazirlər iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluqlarını ifadə edərək qarşılıqlı maraq doğuran məsələlərin həllinin vacibliyini vurğulayıblar.

Diplomatlar Yəməndə baş verən son hadisələrə diqqət ayırıblar.

Tehran rəsmisi bu ölkənin birliyi və ərazi bütövlüyü əsasında Yəmən-Yəmən dialoqunun vacibliyini vurğulayıb. Nazir Abdullah bin Zayed Al Nahyan Yəməndə və bölgədə sülh, sabitliyin qorunmasının vacibliyini qeyd edərək BƏƏ-nin bu ölkədə gərginliyi azaltmaq üçün gördüyü tədbirlərdən bəhs edib.

Yeri gəlmişkən, İranla BƏƏ arasında Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı ərazi mübahisəsi də var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]