Reaktiv mühərriklər üçün yanacağın idxal gömrük rüsumundan və aksizdən azad edilmə müddəti uzadılıb

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq idxal gömrük rüsumundan azad edilmə müddəti uzadılıb.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi qərarında əksini tapıb.

TC-1 markalı yanacağın 15 faiz idxal gömrük rüsumundan azad edilməsi müddəti 31 dekabr 2025-ci ildə başa çatırdı. Bu müddət 31 dekabr 2026-cı ilədək uzadılıb.

Eyni zamanda Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarı ilə TC-1 markalı reaktiv mühərrik yanacağı üçün güzəştli aksiz dərəcəsinin müddəti də 31 dekabr 2026-cı ilədək uzadılıb. Başqa sözlə, 1 ton üçün 80 manat deyil, 1 manat aksiz dərəcəsi tətbiq olunacaq.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]