Tokayev LGBT təbliğatını qadağan edən qanunu imzalayıb

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına arxiv işi və qanunsuz kontentin yayılmasının məhdudlaşdırılması məsələləri üzrə dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunu imzalayıb.

Bu barədə Akorda məlumat yayıb.

Daha əvvəl Qazaxıstan Senatı sənədi iki oxunuşda təsdiqləmişdi. Qanun uşaqların onların sağlamlığına və inkişafına zərər verən məlumatlardan, o cümlədən pedofiliya və qeyri-ənənəvi cinsi orientasiya təbliğatından qorunmasına yönəlib.

Dəyişikliklər uşaq hüquqları, reklam, rabitə, mədəniyyət, təhsil, kinematoqrafiya və KİV haqqında qanunlar da daxil olmaqla, doqquz əsas qanunu əhatə edir. Qanunvericiliyə “Qeyri-ənənəvi orientasiya təbliğatı” anlayışı daxil edilir və onun KİV-də, onlayn platformalarda və telekommunikasiya şəbəkələrində yerləşdirilməsinə məhdudiyyətlər qoyulur.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]